AZ-INTERNATIONAL
COMMERCIAL & CUSTOMER SERVICE'S

Gömrük fəaliyyətində keyfiyyətli, təhlükəsiz, innovativ, operativ xidmətlər və münasib qiymətlərlə hər zaman müştəriləri razı salmaq bizim missiyamızdır.

FƏALİYYƏTİMİZ

Fəaliyyət sahəmizin spesifikliyini nəzərə alaraq daim inkişaf üçün səy göstəririk və hər zaman yeni layihələr üçün sevinəcəyik. Bizi seçərək səlahiyyətli bir xidmət təminatçısı və etibarlı iş ortağı qazanarsınız.

HƏDƏFİMİZ

Fəaliyyət sahəmiz üzrə innovativ xidmətlər tətbiq etmək, müştəri məmnunluğunu daima qoruyub saxlamaq və Azərbaycan həmçinin beynəlxalq aləmdə etibar qazanmış bir şirkət olmaqdır.

Niyə bizi seçirlər?

   Biz bütün nəqliyyat növləri ilə işləyirik və istənilən növ malların gömrük rəsmiləşdirilməsini həyata keçirməyə hazırıq. Şirkətin bugünkü heyətinə geniş praktik təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislər daxildir.

Etibarlı və təhlükəsiz!

Avropa və Asiyanın istənilən ölkəsindən Azərbaycana və eləcə də Azərbaycandan həmin ölkələrə avtomobil yolu ilə yüklərin daşınmasını təşkil edirik.

Məsafə?

Bizim işimizdir.

Dünyanın müxtəlif yerlərindən Bakı hava limanına, yaxud sifarişçinin ünvanına qədər yüklərin daşınmasını təşkil edirik. Təhlükəli yüklərinizin və yaxud soyuducu ilə daşınması ehtiyac olan yüklərinizin və gömrük əməliyyatlarının həyata keçirilməsini bizə etibar edə bilərsiniz.

AZ-İNTERNATİONAL

Vaxtınıza və pulunuza qənaət edin, gömrük təmsilçiliyi gömrükləmə xidmətləri ilə biz məşğul olarıq.

Bizim XİDMƏTLƏRİMİZ

Gömrük təmsilçiliyi xidmətləri

    Bizimlə gömrük təmsilçiliyi xidmətlərinin göstərilməsinə dair xidməti müqavilə bağlayıb etibarnamə təqdim etməklə, gömrük məntəqəsinə getmədən, vaxtınıza və pulunuza qənaət edərək dünyanın istənilən ölkəsindən sifariş etdiyiniz yükü bizim vasitəmizlə rahat şəkildə ünvanınızda təhvil-təslim aktı əsasında təhvil ala bilərsiniz.

Logistika xidmətləri

Şirkətimiz beynəlxalq yüklərin dəniz, avtomobil və hava yolu vasitəsilə Azərbayacana, yaxud xarici ölkələrə daşınmasını təşkil edir.

Beynəlxalq karqo yük daşımaları

“AzInternational” beynəlxalq yüklərin, konteynerlerin və digər yüklərin Azərbaycana, yaxud da xarici ölkələrə daşınmasını təşkil edir. Eyni zamanda daşınan yüklərinizin sənədlərinin hazırlanması və yüklərinizin gömrükdə rəsmiləşdirilməsini təmin edir.

Gömrük rəsmiləşdirilməsi üzrə yardımçı xidmətlər

     “AzInternational” MMC fəaliyyət sahəsi üzrə gömrükdən istifadə edən vətəndaşlara və sahibkarlara müvafiq gömrük məntəqələri üzrə yardımçı gömrükləmə xidmətlərini təklif edir.

Maliyyə xidməti

“AzInternational” gömrük rüsumlarının və digər ödənişlərin müştərinin adından və onun tapşırığına əsasən həyata keçirir, xərclərin hesablanmasında və müvafiq gömrük rüsumlarının ödənilməsində köməklik göstərir, gömrük rəsmiləşdirmə xərclərini optimallaşdırır.

Anbar xidməti

“AzInternational” yükünüzü etibarlı və təhlükəsiz saxlamağa yardım edə bilər. Şirkətimizin anbar xidmətlərinə daxildir:

Bizə e-mail göndər

Bu bölmədə bizə e-mail vasitəsi ilə təkliflərinizi və suallarınızı göndərə bilərsiniz.