Haqqımızda

Missiyamız, hədəfimiz, dəyərlərimiz, biz kimik?. Haqqımızda daha ətraflı məlumat əldə etmək üçün bu səhifədən yararlana bilərsiniz.

MİSSİYAMIZ

Gömrük fəaliyyətində keyfiyyətli, təhlükəsiz, innovativ, operativ xidmətlər və münasib qiymətlərlə hər zaman müştəriləri razı salmaq.

Hədəfimiz

Fəaliyyət sahəmiz üzrə innovativ xidmətlər tətbiq etmək, müştəri məmnunluğunu daima qoruyub saxlamaq və Azərbaycan həmçinin beynəlxalq aləmdə etibar qazanmış bir şirkət olmaqdır.

DƏYƏRLƏRİMİZ

İşin bir hissəsi olaraq verilən bütün məlumatlar işçilərimiz tərəfindən yalnız sifarişin yerinə yetirilməsi üçün istifadə ediləcəkdir. Bütün öhdəliklərimizin təhlükəsizliyini təmin edərək, kommersiya sirrinin qorunmasına önəm verib hərtərəfli xidmətlər təqdim edirik.

BİZ KİMİK?

“AzInternational” MMC Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və fəaliyyəti malların gömrük rəsmiləşdirilməsini həyata keçirmək, gömrük prosedurlarını öz və hərəkət edən şəxsin adından həyata keçirməkdən ibarət kommersiya təşkilatıdır. Şirkətimiz bütün növ yükləri də nəql edir. Biz bütün nəqliyyat növləri ilə işləyirik və istənilən növ malların gömrük rəsmiləşdirilməsini həyata keçirməyə hazırıq. Fərdi yanaşma və peşəkarlıq bizi seçən müştərilərin gözləntilərinə cavab verən, qarşıya qoyulmuş vəzifələri inamla həll etməyə kömək edir.

            İşin bir hissəsi olaraq verilən bütün məlumatlar işçilərimiz tərəfindən yalnız sifarişin yerinə yetirilməsi üçün istifadə ediləcəkdir. Bütün öhdəliklərimizin təhlükəsizliyini təmin edərək, kommersiya sirrinin qorunmasına önəm verib hərtərəfli xidmətlər təqdim edirik.

           Şirkətin bugünkü heyətinə geniş praktik təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislər daxildir. Müştərinin logistika prosesində iştirak etməsi tələb olunmur. Gərəkli olan şey gömrük əməliyyatlarına hazır olan mütəxəssislərimizlə əlaqə saxlamaqdır.

           “AzInternational” MMC fəaliyyəti Azərbaycan Respublikası gömrük sərhədi vasitəsilə malları keçirən şəxsin taprışığı ilə onun hesabına öz adından malların gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsindən və gömrük prosedurunu həyata keçirən zaman digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarət olan Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yaradılmış kommersiya təşkilatıdır.