Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Mütəxəssislərimiz istənilən həcmli yüklərinin nəql ediləməsində, gömrük rəsmiləşdirilməsində, bəyannamə üçün lazım olan sənədlərin hazırlanmasında, gömrük orqanında müştərinin maraqlarını təmsil etmək və gömrük tranziti zamanı zəmanətvermə, ekspert qiymətləndirməsi və xarici ticarət fəaliyyəti ilə bağlı məsləhətləşmələr və s. məsələlərdə sizə kömək etməyə hazırdır. Xidmətlər tərəflər arasında bağlanmış “xidmət müqaviləsi” əsasında həyata keçirilir və xidmətlərin dəyəri “qiymət razılaşdırılması” protokoluna uyğun tənzimlənir.
Bizimlə gömrük təmsilçiliyi xidmətlərinin göstərilməsinə dair xidməti müqavilə bağlayıb etibarnamə təqdim etməklə, gömrük məntəqəsinə getmədən, vaxtınıza və pulunuza qənaət edərək dünyanın istənilən ölkəsindən sifariş etdiyiniz yükü bizim vasitəmizlə rahat şəkildə ünvanınızda təhvil-təslim aktı əsasında təhvil ala bilərsiniz.
Tam gömrük təmsilçiliyi xidmətlərimizə daxildir:
Şirkətimiz beynəlxalq yüklərin dəniz, avtomobil və hava yolu vasitəsilə Azərbayacana, yaxud xarici ölkələrə daşınmasını təşkil edir. Eyni zamanda, şirkətimiz dünyanın istənilən ölkəsindən sifariş etdiyiniz yüklərin daşınmasında etibarlı və təhlükəsiz daşınma marşrutunu tərtib edərək daşınan yüklərinizin sənədlərinin hazırlanması və gömrükdə rəsmiləşdirilməsini təmin edir.
“AzInternational” beynəlxalq yüklərin, konteynerlerin və digər yüklərin Azərbaycana, yaxud da xarici ölkələrə daşınmasını təşkil edir. Eyni zamanda, daşınan yüklərinizin sənədlərinin hazırlanması və yüklərinizin gömrükdə rəsmiləşdirilməsini təmin edir.
Şirkətimiz Avropa, MDB, Baltikyanı, Balkan və Mərkəzi Asiya ölkələri üzrə yüklərin daşınmasında ən etibarlı və təhlükəsiz daşınma marşrutunu tərtib edir.
“AzInternational” MMC fəaliyyət sahəsi üzrə gömrükdən istifadə edən vətəndaşlara və sahibkarlara müvafiq gömrük məntəqələri üzrə yardımçı gömrükləmə xidmətlərini təklif edir.
“AzInternational” gömrük rüsumlarının və digər ödənişlərin müştərinin adından və onun tapşırığına əsasən həyata keçirir, xərclərin hesablanmasında və müvafiq gömrük rüsumlarının ödənilməsində köməklik göstərir, gömrük rəsmiləşdirmə xərclərini optimallaşdırır. Hər bir müştəriyə optimal iş alqoritmi təklif olunur. Bu yanaşma sayəsində qanunun tələblərini pozmadan xərclərin azaldılmasına nail olmaq mümkündür.
“AzInternational” yükünüzü etibarlı və təhlükəsiz saxlamağa yardım edə bilər. Şirkətimizin anbar xidmətlərinə daxildir:
Siz yalnız anbardan istifadə haqqını ödəyərək şəxsi anbarınızın saxlanılması xərclərinə qənaət edirsiniz, malların yüklənib boşaldılması üçün lazım olan anbar texnikasını almırsınız.
“AzInternational” MMC Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və fəaliyyəti malların gömrük rəsmiləşdirilməsini həyata keçirmək, gömrük prosedurlarını öz və hərəkət edən şəxsin adından həyata keçirməkdən ibarət kommersiya təşkilatıdır. Şirkətimiz bütün növ yükləri də nəql edir. Biz bütün nəqliyyat növləri ilə işləyirik və istənilən növ malların gömrük rəsmiləşdirilməsini həyata keçirməyə hazırıq.
website created by Unistudio